Altı cüdoçumuz Zaqrebdə mübarizəyə başlayır

  • By Günel
  • 13 Sentyabr 2024 11:59

Bu gün cüdo üzrə Zaqreb “Qran-Prisi”nə start veriləcək.

Gununsesi.info xəbər verir ki, turnirin ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilərin yarışında 4, qadınlarda isə 2 təmsilçimiz iştirak edəcək.

Cüdo: Zaqreb Qran-prisi

Kişilər

60 kq

Turan Bayramov – Hubert Piezinski (Polşa)/Qabin Supervil (Fransa) cütünün qalibi

Əhməd Yusifov – Marton Andrassy (Macarıstan)

66 kq

Ruslan Paşayev – Dani Klacar (Xorvatiya)/Markus Auer (Avstriya) cütünün qalibi

Nazir Talıbov – İsaya Ramires (ABŞ)

Qadınlar

52 kq

Aydan Vəliyeva – Erza Muminoviq (Kosovo)

63 kq

Aytac Qardaşxanlı – Skay Knoester (Cənubi Afrika)

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.

Gununsesi.info