“Formula 1”: “Ferrari” pilotu Bakıda qəza törədib -Fotolar

  • By ilhame
  • 13 Sentyabr 2024 14:05

Ferrari” pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.

 

Gununsesi.info-nun məlumatına görə, sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.

 

Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb.

 

Leklerin avtomobili trasdan çıxarılıb.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Gununsesi.info