Cənubi Asiyanı su basdı: -Ölənlər var

Cənubi Asiyada son bir ayda yağan güclü yağışların yaratdığı sel və torpaq sürüşmələrinin təsirləri davam edir.

Gununsesi.info rəsmi məlumatlara istinadən xəbər verir ki, Vyetnamda ən azı 233 nəfər, Taylandda ən azı 33 nəfər və Myanmada ən azı 19 nəfər ölüb.

Tailand və Myanma arasında Mae Sae çayının daşması səbəbindən iki ölkənin sərhəd şəhərləri su altında qalıb. Böyük dağıntılara məruz qalan Vyetnama ABŞ, Avstraliya və Cənubi Koreyadan dəstək gəlib.

Cənubi Asiyada şiddətli musson mövsümü və Yagi tayfunun səbəb olduğu daşqınlar səbəbindən insan itkiləri artır.

Güney Asya sular altında kaldı: En az 285 ölü - 5

Vyetnam, Tayland, Myanma və Laosda yüzlərlə insan həyatını itirərkən, itkin düşmüşləri tapmaq üçün axtarış-xilasetmə və qapalı qalanlara yardım işləri çətin şəraitdə davam edir.

Meteoroloqlar leysan yağışların ayın sonuna qədər bölgədə təsirli olacağını bildirərkən, səlahiyyətli birliklər vətəndaşları lazımi tədbirləri görərək təxliyə etmələri barədə xəbərdar edib.

Güney Asya sular altında kaldı: En az 285 ölü - 6

Yagi qasırğasının ən çox ziyan vurduğu Vyetnamda yağışların təsiri azalarkən, axtarış-xilasetmə işləri nəticəsində fəlakətin sayı artır.

Cənubi Koreya hökuməti ölkədəki fəlakət bölgələrində davam edən səylərə 2 milyon dollar, Avstraliya hökuməti 2 milyon dollar, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) isə 1 milyon dollar humanitar yardım bağışlayacağını bildirib.

Myanma Yanğın və Təcili Yardım İdarəsinin (MFSD) bu gün dərc etdiyi hesabatda seldə həyatını itirənlərin sayının 19-a çatdığı, 53 mindən çox ev təsərrüfatının təxliyə edildiyi bildirilib.

Güney Asya sular altında kaldı: En az 285 ölü - 7

Su basan şəhərlərdən biri olan paytaxt Naypyidawda bir çox uçuşlar ləğv olunub.

Ölkə daxilində bir çox dəmir yolu və avtomobil yolunun da su altında qalıb.

Tailand və Myanma arasında Mae Sae çayının daşması səbəbindən iki ölkənin sərhəd şəhərləri su altında qalıb.

Hər iki ölkənin hərbi birləşmələri tərəfindən tam dəstəklənən yardım və axtarış-xilasetmə işləri zaman-zaman təsirini artıran güclü yağış altında davam edir.

Sel və torpaq sürüşmələrində 33 nəfərin həyatını itirdiyi Taylandda baş nazir Paetongtarn Çinavatra bu gün təbii fəlakət bölgəsinə səfər edib.

Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti bölgədə yaradılmış təcili yardım mərkəzlərinə baxış keçirib, evlərindən təxliyə edilən vətəndaşlarla görüşüb.

Güney Asya sular altında kaldı: En az 285 ölü - 8Mətbuat şərhində Şinavatra hökumətin ümumilikdə 7 nazirliklə birgə fövqəladə tədbirlər həyata keçirdiyini bildirib və əlavə edib: “Əsas məqsədimiz evlərində qapalı qalan ehtiyacı olan vətəndaşları təxliyyə etmək və onları gözləmədən ərzaq yardımı etməkdir. suyun səviyyəsi azalacaq”.

 

 

 

Gununsesi.info