
Estoniyada siyasi skandal yaşanmaqdadır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Baş naziri Kaja Kallasın həyat yoldaşının şəriki olduğu şirkət ortaya çıxıb.
Ölkədəki siyasi partiya liderləri bu biznes şirkətinin ortaya çıxmasından sonra Baş nazirin istefasını tələb ediblər.
Rusiya və Estoniya arasında mal daşımaçılığı edən bir şirkətin hissə sahibi olmasının üzə çıxması Baş nazir Kaja Kallası qınaqların hədəfinə gətirib.
Sosial Araşdırmalar İsntitutu Baş nazirin şirkətinin ortaya çıxmasından sonra vətəndaşlar arasında sorğu keçirib.
Qatılanlar Kallasın istefa etməli olduğunu bildiriblər.
Tərcümə: Arzu