Ali Sabancı xanımı ilə ağır qəzaya düşdü

Yunanıstanın Leros adasında dincələn türkiyəli iş adamı Ali Sabancı və həyat yoldaşı Vuslat Doğan Sabancı qəzaya düşüb.

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, hava qayığında qayalara çırpılan cütlük, adadakı xəstəxanada ilk müdaxilədən sonra İstanbuldakı özəl xəstəxanaya aparılıb.

Dalağı çıxarılan və aorta damarında problem olan Ali Sabancının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, başından zədələnən Vuslat Doğan Sabancının isə həyati təhlükəsi yoxdur.