
Sosial Tədqiqatlar Mərkəzində “Moderator.az” xəbər poartalının təsisçisi və baş redaktoru Zülfüqar Hüseynzadənin xatirəsinə həsr edilmiş toplantı təşkil edilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə çoxlu sayda deputatlar, jurnalistlər, yazarlar və ictimai fikir adamları iştirak ediblər.
Tədbir iştirakçıları öncə bir dəqiqəlik sükutla Başlıbel şəhidlərinin xatirəsini anıblar.
Sonra mərhum jurnalistin həyat yolu və yaradıcılığına həsr edilən biqorafik video çarx təqdim edilib.
Filmdə Zülfüqar Hüseynzadənin keçdiyi həyat yolu, uşaqlıq və yeniyetməlik illərindən, jurnalistikaya marağından və ailə həyatından kadrlar göstərilib.
Daha sonra tədbirin qonaqları mərhum jurnalist haqqında düşüncələrini və keçmiş xatirələrini bölüşüblər.
Deputat Cavanşir Feyziyev, Qüdrət Həsənquliyev, jurnalist Qulu Məhərrəmli, Gülər Əhmədova nitq üçün çıxış ediblər.
Deputat Qüdrət Həsənquliyev mərhum jurnalistini adına mükafatın təsis edilməsini təklif edib. Zülfüqarın Kəlbəcərə bağlılığından danışıb.
“Söhbətləşərkən onun obasına bu cür bağlılığını görüb, dedim ki, mən də 200 kvadrat metrlik torpaq alacam. Taxta ev tikəcəm”.
Q. Həsənquliyev Zülfüqarın müdrik bir jurnalist olduğunu dilə gətirib.
Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, tanınmış media kapitanı qısa ömrünü ləyaqətli şəkildə yaşayıb. Deputat Mahmudov Zülfüqar Hüseynzadə üçün toplantı iştirakçılarından halallıq istəyib. Həkim deputat da Zülfüqarın adına mükafatın təsis edilməsinə dəstəyini bildirib.
Jurnalist və Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli də Həsənquliyev və Mahmudovun Zülfüqarla bağlı müküfat təyin edilməsinə dəstəyini bildirib.
“Bu mükafat layiq olanlara və ciddi adamlara verilməlidir. Çünki Zülfüqar bəy çox yaxşı insan idi. O, millətin düşüncəsi və mənəviyyatın inkişafı üçün təmənnasız bir adam idi. İçində “Böyük Azərbaycan” vardı”.
Deputat Cavanşir Feyziyev isə Zülfüqar Hüseynzadənin çalışqan birisi olmasını vurğulayıb.
“Xalq və doğma torpaqları üçün çox çalışdı. Ondan gələn müsbət enerjini hər zaman hiss etmişəm. Kəlbəcərə qayıtmağı arzulayırdı. Həmişə onu yanımızda hiss edəcəyik”.
Keçmiş deputat və jurnalist Gülər Əhmədova isə Zülfüqarla bağlı xatirələrini bu cür açıqlayır:
“Gecənin bir çağında bir mövzu haqqında açıqlama istəyirdi. Kəlbəcərə bağlı idi. Pərviz Həşimli və Zülfüqar Kəlbəcər camaatının yanında yer tutdular. Kişilikləri, məğrur dudurşları ilə onlar “Kəlbəcər qartallarıdır” Zülfüqarın ölümü ağır itkidir”.
Tədbir Zülfüqarın yaxınlarının çıxışı ilə sona çatıb.
Arzu