Putin Priqojin haqqında: Həyatında çox xətaları olub

  • By arzu
  • 25 Avqust 2023 17:20

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” silahlı qruplaşmasının lideri Yevqeni Priqojinin ölümü ilə bağlı açıqlama verib.

Gününsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Putin ölümü ilə bağlı Priqojinin ailəsinə başsağlığı verib.

“Priqojin taleyi qarışıq, ancaq bacarıqlı adam idi. Həyatında ciddi xətalar vardı”, – deyə Putin Yevqeni Priqojinin ölümünə münasibət bildirib.

Putin Priqojinin dünyanın ayrı-ayrı coğrafiyalarında ciddi uğurlar əldə etdiyini bildirib. Onun bacarıqlı bir işadamı olduğunu söyləyib.

Rusiya Prezidenti onun ölümü ilə bağlı istintaq prosesinin sonunadək aparılacağını bildirib.

“İstintaq komitəsi bu sabah mənə hesabat verdi. İstintaq komitəsi təyyarə qəzası ilə bağlı ön araşdırma başlatdı.Sonunadək gediləcək. Bundan şübhəm yoxdur. Bir az zaman alacaq”.

 

Tərcümə: Arzu 

Gününsesi.info