Keçmiş Prezident həbs edilə bilər – Sarkozi seçki kampaniyası üçün qanunsuz pul almaq maddəsi ilə ittiham ediləcək

  • By arzu
  • 25 Avqust 2023 18:45

Keçmiş Fransa Prezidenti Nikola Sarkozi məhkəmə önünə çıxarılacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, günahkar çıxacağı durumda, keçmiş Fransa Prezidenti Sarkozi 10 illik həbsə məhkum edilə bilər.

Onun işi ilə birlikdə 3 keçmiş nazir və cəmi 12 nəfər mühakimə ediləcək.

2077-ci ildəki seçki kampaniyası üçün keçmiş Liviya Prezidenti Müəmmar Qəddafidən qanunsuz yollarla pul almaq ittihamı ilə mühakimə edililən Nikola Sarkozinin məhkəməsi 6 yanvar 2025-ci ildə keçiriləcək.

İyun ayında evində axtarış keçirilən Sarkozi məhkəmədə ifadə vermişdi.
2007-2012-ci illər arasında Prezident olan Sarkozinin həmin dönəmdəki seçki kampaniyasının “Müəmmar Qəddafidən aldığı qanunsuz maddi dəstəklə” davam etdirdiyi iddia edilir.

İlkin təhqiqatın 2013-cü ildə açıldığı iddia 2018-ci ildə Sarkozinin nəzarət altına alınması ilə bitmişdi.

 

Tərcümə: Arzu

Gününsesi.info