
NATO Texnologiya Fondu (NIF) alman avtonom döyüş robotları istehsalçısı ARX Robotics-ə maliyyə dəstəyi göstərib.
Gununsesi.info Bloomberg-a istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı şirkətə ümumilikdə 9 milyon avro sərmayə qoyub.
Bildirilir ki, alyans mövcud vəsaitin yarıdan çoxunu təşkilata ayırıb. Bu məbləğ Avropanın müdafiə şirkətləri arasında vəsait toplamanın birinci mərhələsi üçün rekord idi.
ARX‘Robotics şirkətinin baş direktoru Mark Vitfeld hesab edir ki, startap tərəfindən hazırlanan robotlar kütləvi istehsal olunarsa Qərb ölkələrinin silahlı qüvvələrinin imkanlarını artıra biləcək. Hələlik onlar müxtəlif ssenarilərə uyğunlaşdırıla bilən adi yerüstü nəqliyyat vasitələridir.
NİF-in sözçüsü Kris O’Konnor qeyd edib ki, Ukraynadakı münaqişə zamanı ucuz dronlardan istifadə döyüş əməliyyatları zamanı belə texniki vasitələrin nə qədər vacib olduğunu sübut edib.
Bundan əlavə, bu cür sistemlər onları avtonom edəcək süni intellektin inkişafını tələb edir.
Gununsesi.info