
Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC (SOS) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib.
Gununsesi.info xəbər verir ki, bu münasibətlə mayın 31-də Gəncə şəhərində, 1 iyun tarixində isə Bakı şəhərində yerləşən SOS Uşaq Kəndlərinin sakinləri ilə görüş keçirilib.
Artıq ikinci ildir davam edən ənənəvi görüşdə mühafizə xidmətinin kollektivi Bakı və Gəncədə yerləşən Uşaq Kəndlərinin sakinlərinə sovqatlar aparmış, onlara hədiyyələr təqdim etmişdir.
Müxtəlif yaş kateqoriyalarına uyğun olaraq uşaqlara velosipedlər, skuterlər, hovuzlar, dronlar, məntiqi oyuncaqlar və digər hədiyyələr verilmişdir.
Daha sonra onlar üçün şəhərin gözəl məkanlarının birində kloun və musiqiçilərin iştirakı ilə ziyafət verilmişdir.
















