
Bavariyanın baş naziri Markus Soeder Avropa Parlamentinə seçkilərdə hakim koalisiyanın uğursuzluğa düçar olmasından sonra Fransadan nümunə götürərək Almaniyada Federal Məclisin (Bundestaq) buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib.
Gununsesi.info xəbər verir ki, NTV məlumat yayıb.
Onun sözlərinə görə, hökumət əslində bitib: “İndi Fransanınkinə bənzəməlidir. Yeni seçkilərə çağırışlar oldu və Fransa prezidenti Emmanuel Makron yeni seçkiləri elan etdi.”
İyunun 9-da Makron ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib və birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilər təyin edib.
Qeyd edək ki, Kansler Olaf Şolsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) Avropa Parlamenti seçkilərində cəmi 13,9 faiz səs toplayıb və bu tarixin ən pis nəticəsi olub.
Gununsesi.info