
Belarus Ukrayna taxılının öz ərazisindən Litva portlarına heç bir ön şərt qoyulmadan daşınmasına razılıq verib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumatı BMT baş katibinin nümayəndəsi Stefan Dyucarrik verib.
Onun verdiyi məlumata görə BMT baş katibi Antonio Quterriş Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviçlə görüşüb:
“Xarici işlər nazirinin müavini baş katibə məlumat verib ki, Belarus heç bir ön şərt qoymadan Ukrayna taxılının ixrac üçün Litva portlarına daşınmasına razılıq verməyə hazırdır”.
Dyucarrik əlavə edib ki, Ambrazeviç bunun müqabilində Belarus gübrəsinin ixracına icazə verilməsinə dair öz hökumətinin sorğusunu təsdiq edib.
Hazırda Belarusdan gübrənin ixracına sanksiyalar qoyulub.
The Wall Street Journal bundan əvvəl mənbələrə istinadən yazırdı ki, Quterriş Rusiya və Belarusdan kalium gübrələrinin ixracına qoyulmuş sanksiyaların yumşaldılmasını təklif edib.
Quterriş bildirib ki, bunun müqabilində Ukrayna taxılının Ukrayna portlarından ixracına imkan yaradıla bilər.
Rusiya XİN o vaxt bu barədə bildirmişdi ki, bunun üçün əvvəlcə Rusiya ixracı üzərindən sanksiyaların qaldırılması məsələsinə baxılmalıdır.
Tərcümə:
Afət Abbasova
Gununsesi.info