
Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin nəzarətində olan mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmamasını haqda açıqlama yayıb.
Gununsesi.info-nun xəbərinə görə, Xankəndindəki separatçılar bildirirlər ki, dekabrın 10-da Azərbaycan tərəf Ağdərədəki mədənlərdə monitorinq aparmaq niyyəti haqda sülhməramlı kontingentin komandanlığına məktub göndərib. Komandanlıq da sözügedən mədənlərdə birdəfəlik vizual baxışa icazə verib.
“Sözügedən plan Artsax Respublikasının (ermənilər Qarabağdakı separatçı rejimə belə deyirlər – red.) rəhbərliyi, mədənlərin işlənməsi ilə məşğul olan təşkilatlarla razılaşdırılmayıb, yaxınlıqda yaşayış məntəqələrinin sakinləri spontan olaraq bu qrupun mədənlərin ərazisinə girişinin qarşısını alıblar”, – məlumatda vurğulanır.
Separatçı rejim qeyd edir ki, “danışıqlar nəticəsində mədənlərə planlaşdırılan baxışı dayandırmaq, əlavə müzakirələrdən sonra bu məsələyə qayıtmaq qərarı verilib”.
Günay Təhməzova
Gununsesi.info