
“Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovun Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etməsi doğru addım idi. Mən onun bu hərəkətini müsbət qiymətləndirirəm”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin üzvü Musa Qasımlı deyib.
Deputat bildirib ki, bu addımına görə, Əli İnsanovun kimlərsə tərəfindən tənqid olunmasını doğru saymır: “Düşünürəm ki, hər bir şəxs zaman-zaman reallıqları qəbul etməyi bacarmalıdr. Bu məsələlərdə özündə güc tapıb, mövqeyini açıq-aydın ortaya qoyan insanlardan biri də Əli İnsanov oldu. Məncə onun bu hərəkəti başqalarına da bir örnək olmalıdır”.
Mais
Gununsesi.info