DTX Naxçıvan xəstəxanasında əməliyyatlara başlayıb: Saxlanılanlar var -YENİLƏNDİ

Baş həkim Zəbur Bağırovun bakıya gətirildiyi haqda məlumat yayılıb.

13:05

HTML tutorial

DTX Naxçıvan MR xəstəxanasını araşdırmağa başlayıb.

Ovqat.com-un məlumatına görə, xəstəxananın baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.

Saxlanılanların maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.

“Xüsusilə Zəbur həkimin vəziyyəti ürəkaçan deyil”, – mənbəmiz bildirib.

Qeyd edək ki, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarından 60 keçid balından cəmi 11 bal toplayaraq mənfi rekord qırmışdı. Həmin imtahanda Ramazan həkimlə yanaşı Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini Türkan İsmayılova və bu gün saxlanıldığı bildirilən Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova da yetərli bal toplaya bilməyib.

Bu həkimlərin diplomlarının da saxta olduğuna dair iddialar var.

Gununsesi.info