Akşener Ərdoğana: “Zülm sizindirsə, seçki qutusu bizimdir”

  • By admin
  • 15 Dekabr 2022 21:41

Ərdoğan hökumətinin İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğluna qarşı saxta ittihamla cəza kəsdirməsi Türkiyə cəmiyyətində böyük etirazlara səbəb olub.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu gün yüz minlərlə insan İstanbulda bir araya gələrək, İmamoğluna öz dəstəklərini ifadə edib.

HTML tutorial

Qeyd edək ki, Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən “Altılı Masa” liderləri də bu aksiyada çıxış edib.

Mitinqdə çıxış edən İYİ Parti Lideri Meral Akşener əvvəlcə İmamoğluna şərf hədiyyə edərək, “Dünən buradan çıxarkən Kıymet Doğan adlı bir qız yolumuzu kəsdi və mənə bir yaylıq verdi və Əkrəm İmamoğluna verəcəyini söylədi. Bu yaylıq ədalətin yaylığıdır” deyə bildirib: “Yüz il əvvəl olduğu kimi, suverenliyin qeyd-şərtsiz millətə məxsus olduğunu söyləyənlər də buradadırlar. Bax, yüz il əvvəl verilən bu qərar və iradənin nümayəndələri buradadırlar. Biz buradayıq, orada olanlar var. İstanbuldan xəbər gəlməyən, millətin qeyd-şərtsiz olduğunu deyənləri, teatr oynayanlara səslənirik, ‘Saray sizindir, Saraçhane bizimdir, zülm sizindirsə, sandıq bizimdir’ deyirik. Demokratiya bizimdir, seçki qutusu və bu iradə bizimdir”.

Tərcümə:

Afət Abbasova