Avstraliyanın şərqində yanğına məruz qalan bölgələrinə güclü yağış yağıb. Lakin buna baxmayaraq səlahiyyətli qurumlar bölgədə yanğın böhranının hələ də davam etdiyini bildirirlər.
Gununsesi.org AZƏRTAC-a istinadla xəbər verir ki, Yeni Cənubi Uelsdə və Viktoriyada 80-dən çox yanğın ocağı hələ də sönməyib. Melburn və Kanberra bölgəsi isə güclü fırtınaya məruz qalıb və bəzi ərazilərə qolf topu boyda dolu düşüb.
COMMENTS