Aİ bu məsələdə İsraili dəstəkləməlidir

  • By ilhame
  • 19 Oktyabr 2023 19:59

“Biz dayanmayacağıq. İsrail sonuna qədər gedəcək və HƏMAS-ı məhv edəcək”.

Gununsesi.info xəbər verir ki, bunu İsrailin Avropa İttifaqı və NATO-dakı səfiri Haim Regev “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropada terror təhlükəsinin artmasının qarşısını almaq üçün Aİ bu məsələdə İsraili dəstəkləməlidir. Regev qeyd edib ki, əgər Avropa İttifaqı İsraili dəstəkləmək üçün vahid cəbhə təqdim etməsə, o zaman başqaları bundan yararlanacaq.

Gununsesi.info