
HƏMAS silahlı qruplaşmasının milli təhlükəsizlik qüvvələrinin komandiri Cehad Mheisen və onun ailə üzvləri İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində ölüblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb
Nəşrin məlumatına görə, onlar Qəzza şəhərinin Şeyx Radvan məhəlləsindəki evlərində ölüblər.
Məlumatda qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri müharibə başlayandan bəri HƏMAS liderlərini “məhv etmək” məqsədi ilə “hədəfli hücumlar” həyata keçirir.
Gununsesi.info