
Çeçenistanın rəhbəri Ramzan Kadırov “Qurani-Kərim”i yandırmaqda ittiham olunan Nikita Juravlyovla yeni video paylaşıb.
Gununsesi.info “Baza”ya istinadla xəbər verir ki, videoda Juravlyov Kadırova islamı qəbul etməyə hazırlaşdığını bildirir.
Lakin Kadırov ona inanmır:
– İslamı qəbul edirsən?
– Bəli
– Sən bunu ürəkdən demirsən! Gözlərin harasa başqa yerə baxır.
Kadırov həmçinin Juravlyovu “şeytan” adlandrıb.
Görüntülərdən aydın olur ki, video 15 yaşlı Adam Kadırovun Juravlyovu döydüyü yerdə çəkilib. Bu hadisədən 2 ay sonra Kadırovun oğluna Çeçenistan qəhrəmanı adı verildi.