İsrail BMT-dən bunu tələb etdi

İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.

Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“BMT hesab edir ki, belə bir yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz”, – bəyanatda vurğulanır.

Düjarrik qeyd edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.