Ağdaşda ağır qəza: yaralılar var

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun mərkəzinə yaxın heyvan bazarı (mal bazarı) yaxınlığında baş verib.

HTML tutorial

İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan rayon sakinləri – 1961 ci il təvəllüdlü Ayət Abdullayeva, onun 1991-ci il təvəllüdlü qızı Zamiyə Abdullayeva və 2000-ci il təvəllüdlü Kənan Əhmədov rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Durumu daha ciddi olan yaralı gənc oğlan sonradan paytaxtdakı klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info