Bakıda taksi qəzaya düşüb: İki qadın xəsarət alıb

Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, taksi hərəkətdə olarkən digər bir avtomobillə toqquşub.

HTML tutorial

Hadisə zamanı taksidə olan sərnişinlər – 1990-cı il təvəllüdlü Qasımova Şahrun Şahin qızı və 1995-ci il təvəllüdlü İbrahimova Jalə Səfiyar qızı xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info