Etibar Məmmədov danışdı -"Kimdirsə məqsədli şəkildə bu informasiyanı yayıb"

“Mənimlə bağlı xəbər yalandır. Kimdirsə ya bekarçılıqdan, ya da məqsədli şəkildə bu informasiyanı mətbuata ötürüb”.

Bunu Gununsesi.info-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov insult keçirilməsi barədə yayılan xəbərlərə münasibətində deyib.

Etibar Məmmədov bildirib ki, səhhətində hər hansı problem yoxdur və öz işləri ilə məşğuldur.

“Mən də sizə təşəkkür edirəm ki, zəng edib bu barədə soruşdunuz”.

 

 

Şəbnəm

Gununsesi.info