
Hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun ailə üzvləri ilə telefon danışmaq hüququ bərpa olunub.
Bu barədə tanınmış iqtisadçı alimin qardaşı Qalib Bayramov məlumat verib.
Onun sözlərinə görə, Qubad İbadoğlu telefon danışığında saxlanma şəraitindən hər hansı narazılığının olmadığını deyib:
“Elə indicə Qubad müəllim zəng eləmişdi. Artıq zəng etməyə icazə veriblər. Dərmanları vaxtında qəbul edir, saxlanma şəraitindən narazılığı yoxdur.
Cəza evi şərtlərinə uyğunlaşmağa çalışır.
Sonda ona verilən beynəlxalq və yerli dəstəkdən xəbərdar olduğunu bildirdi, hər kəsə minnətdarlığını çatdırrmağı xahiş etdi və möhkəm olmağı tapşırdı”.
Gununsesi.info