Londonda etiraz aksiyası – Eko fəal saxlanıldı

İsveçli eko fəal Qreta Tunberq Londonda aparıcı neft şirkətlərinin iştirak etdiyi “Enerji Kəşfiyyat Forumu” toplantılarına etiraz olaraq keçirilən aksiyada saxlanılıb.

Gununsesi.info bildirir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, Londonda neft şirkətlərinin illik toplantısının keçirildiyi “İntercontinental Hotel”in qarşısında iqlim fəalları etiraz aksiyası keçiriblər.

Dünya tullantı yanacaqlarında boğulur. Ümidlərimizi, arzularımızı, həyatımızı yalan seli aparıb gedir. Qalıq yanacaq sənayeləri illərdir öz biznes modellərinin nəticələrinin fərqindədirlər, lakin heç nə etmədilər”, – deyə Tunberq jurnalistlərə bildirib.

Tunberq tullantı yanacaq sənayesinin illərdir iqlim böhranı üzərindəki təsirlərini inkar edərək diqqəti yayındırdığını və mübarizəni gecikdirdiyini söyləyib. “Bu toplantının qarşısını almaq üçün bədənimizi fiziki olaraq önə çəkməkdən başqa çarəmiz yoxdur”, – eko fəal deyib.

Nümayişçilər nazirlər, xarici diplomatlar və neft şirkətlərinin rəhbərləri də daxil olmaqla iştirakçıların otelə daxil olmasına mane olmağa çalışaraq yolu bağlamağa cəhd ediblər.

Fəalların yolu bağlamaq və insanların topalnatıya gəlməsinə mane olmaq cəhdlərinə müdaxilə edən London polisi aralarında Tunberqin də olduğu 6 nəfərin saxlanıldığını açıqlayıb.