
Azərbaycanın tanınmış vəkilləri Bəhruz Bayramov və Fəxrəddin Mehdiyev hazırda həbsdə olan ADR Partiyasının lideri, tanınmış iqtisadçı Qubad İbadoğlunun hüquqlarını müdafiə edəcək.
Bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, İbadoğlunun ailə üzvləri onlarla müqavilə bağlayıb.
Qeyd edək ki, bu gün saat 14:00 – da Qubad İbadoğlunun barəsindəki həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılacaq.
Şəbnəm
Gununsesi.info