Qubad İbadoğlunun həbsdəki son durumu açıqlandı -ÖZƏL

  • By admin
  • 28 İyul 2023 08:28

Vəkil Zibeydə Sadıqova Bakı İstintaq Təcridxanasında saxlanılan ADR Partiyasının lideri iqtisadçı alim Qubad İbadoğlu ilə görüşüb. 

Bu barədə Gununsesi.info-ya danışan vəkil müvəkkilinin son durumunu açıqlayıb:

6 nəfərlik kamerada saxlanılır. Dərmanlarını qəbul ediblər, istəyəndə nəzarətçi gətirir. Yaşlı anasından nigarançılığı var. Bir daha ittihamları rədd etdiyini dedi”.

Qeyd edək ki, Qubad İbadoğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib .

Saxta pul vəsaitlərinin çapı, saxlanması və satışı ittihamı ilə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

ABŞ və Avropa ölkələri tanınmış iqtisadçı alimin həbsini pisləyib,  hökumətdən ona azadlıq tələb edib.

Şəbnəm Rəhimova

Gununsesi.info