
Yaponiyalı araşdırma heyəti diş itkisi olan adamların yenidən diş çıxartmalarına fürsət tanıyan əlac müalicəsinin çalışmalarını davam etdirir. Kliniki sınaqların növbəti ildə başlanması gözlənilir. Bə, bu necə mümkün olacaq?
Gununsesi.info xarici mətbuata istinadən həmin maraqlı xəbəri sizə təqdim edir.
Sözügedən heyvan sınaqlarında dərman-əlacların süd dişləri və qalıcı yetişmiş dişlərini təqibən “üçüncü nəsil” dişlərin böyüməsinə qatqı verib. Bunlar müşahidələrlə təsdiqlənib. Həmin əlacın 2030-cu ilədək işlədilməyə təqdim edilməsi gözlənilir.
Baş araşdırmaçı Karsu Takaşi belə deyir:
“Yeni dişlərin böyüməsi fikri hər diş həkiminin xəyalıdır. Mən bakalavr tələbəsi olduğumdan bəri bu mövzuda çalışırdım. Bunu gerçəkləşdirə biləcəyimə güvənim tam idi”.
Tərcümə: Arzu