Hikmət Hacıyev Zəngilan Hava Limanından paylaşım edib - VİDEO

“Diplomatik korpusun nümayəndələrinin Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev öz “Twitter”ində Zəngilan Hava Limanından etdiyi paylaşımda yazıb.

HTML tutorial

“Zəngilan Hava Limanında mülki təyyarələrin mühərriklərinin uğultusu. Bakı və Ankaradan olan diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”, – H.Hacıyev paylaşımda qeyd edilib.

Gununsesi.info