Zahid Oruc “Tərtər işi”ndən danışdı

“405 nəfəri satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib.

HTML tutorial

“Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər. Gəncədə bir həftə əvvəl həbsdən təmiz adını qaytararaq çıxan, işgəncə altında verdiyi etirafların, saxta hökmlərin ləğvini bayram edənləri emosiyasız izləmək mümkün deyildi. Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnı açıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular”.

Gununsesi.info