Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

Bakıda prokuror yol qəzasında vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün baş verib. Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.

 

 

Gununsesi.info