Bakıda 28 yaşlı qadın qətlə yetirilib

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

 

Gununsesi.info-ya DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info