
Bakının Xətai rayonunda 18 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, 2006-cı il təvəllüdlü Zeynəb Rafiq qızı Ellazova yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
Gununsesi.info