Məhkəmə Fransanın keçmiş Prezidenti Sarkozinin şikayətini təmin etməyib

  • By Günel
  • 18 Dekabr 2024 19:56

Fransanın Ali Məhkəməsi keçmiş Prezident Nikolya Sarkozinin barəsindəki hökmü qüvvədə saxlayıb.

Gununsesi.info – nun APA-ya  istinadən xəbərinə görə, qərar “nüfuz alveri” ittihamı ilə ona qarşı qaldırılan cinayət işi üzrə hökmdən şikayət əsasında çıxarılıb.

O, bu il, mayın 17-də məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərarda göstərilib ki, N. Sarkozi cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.

Qeyd edək ki, kassasiya şikayəti ona qarşı “nüfuz alveri” ittihamı üzrə çıxarılan qərardan verilib.

Gununsesi.info