ADY rəsmisi açıqladı: Quru sərhədləri açılsa…

Azərbaycanın quru sərhədləri açılsa, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
“Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq”, – deyə o qeyd edib.