Hacıqabulda avtomobil aşıb, ər-arvad xəsarət alıb

  • By Günel
  • 18 Dekabr 2024 19:34

Hacıqabulda avtomobil aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Şəmkir sakinləri, 1958-ci il təvəllüdlü Əlzaman Əliyev və həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Qurbanova müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info