
Amerikalı aktyor Tom Kruz ABŞ Hərbi Dəniz Qüvvələrinə verdiyi “əhəmiyyətli töhfələrə” görə “Görkəmli Dövlət Xidməti Mükafatı”na layiq görülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kruz Londondakı Longcross Film Studios-da keçirilən mərasimdə ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Torodan “Üstün Dövlət Xidməti Mükafatını” alıb.
62 yaşlı aktyorun 1986 -ci ildə çəkildiyi və rekord qıran Top Gun filmindəki rolu sayəsində o dövrdə bir çox gəncin orduya qatılmasında təsiri olmuşdu.
Del Toro filmlərdə oynadığı rollarla orduya verdiyi “əhəmiyyətli töhfələrə” görə Kruza təşəkkür edib və medalı 62 yaşlı aktyora təqdim edib.
Cruise isə Donanmanın verdiyi mükafatdan qürur duyduğunu dilə gətirib.
Günel Həsənova