Qızının ölümünə dözməyən ata dünyasını dəyişdi

Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Gununsesi.info lent.az-a istinadla xəbər verir ki, onlardan Günel Abdullayevanın atası V. Abdullayev də 2 gün əvvəl infarktdan dünyasını dəyişib.

Məlumata görə, buna səbəb qızının ölümünə dözə bilməməsi olub.

Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində meşədə baş verib. 47 yaşlı Bayramova İlahə Vilayət qızı rəfiqəsi Abdullayeva Günel Valeh qızı ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.

Gununsesi.info