Zurabişvili AP-də çağırış etdi: Təcili hərəkətə keçin!

  • By Günel
  • 18 Dekabr 2024 23:01

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı Avropanı, AB-ni Gürcüstandakı böhranın həllinə kömək etmək üçün mümkün qədər tez hərəkət etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

“Bu, Gürcüstan üçün həlledici vaxtdır. Biz özümüzü 1921-ci ildə hiss edirik”, – Zurabişvili bildirib.
Prezident deyib ki, biz vətəndaş qarşıdurmasına doğru gedirik:

“Amma bölünən xalq deyil… Bir tərəfdə Gürcüstan xalqı, digər tərəfdə isə hakimiyyətin repressiya aparatıdır”.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanın hakim partiyası ən azı 2019-cu ildən Rusiya yolu ilə gedir və bunun təzahürü “Qavrilovun gecəsi” olub.

O, hakimiyyətin qəsb edildiyini elan edərək, “seçkilərin xüsusilə mürəkkəb bir şəkildə saxtalaşdırıldığını” iddia edib.

Prezident AB-ni Gürcüstanda siyasi böhrandan çıxış yolu ola biləcək yeni seçkilərə nail olmaq üçün bütün mövcud rıçaqlardan istifadə etməyə çağırıb.