Rusiyada qatarlar toqquşdu: 1 ölü, 13 yaralı

  • By Günel
  • 18 Dekabr 2024 21:49

Murmansk ərazisində yük və sərnişin qatarları toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.

Qatarda 326 sərnişinin olduğu bildirilib. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

***

Rusiyada qatarların toqquşması nəticəsində 14 nəfər yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

***

Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarının toqquşması nəticəsində xəsarət alan qadın xəstəxanaya aparılarkən ölüb.

Bu barədə regionun əməliyyat xidmətlərindən məlumat verilib.

Gununsesi.info