Bakı sakinini avtomobil vurub

  • By Günel
  • 29 Noyabr 2024 08:58

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 64 yaşlı kişini avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Qum adasında qeydə alınıb.

Belə ki, 1960-ci il təvəllüdlü Elçin Hüseynov yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info