Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Bakıya ekstradisiya ediləcək

  • By admin
  • 28 Noyabr 2024 21:40

Bugün Tbilisi Şəhər Məhkəməsi Gürcüstanda həbs edilən jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması haqqında qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib.

Məlumata görə, Əfqan Sadıqov barəsində Azərbaycanda Cinayət Məcəlləsinin 182.2.2 (Hədə -qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, istintaq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

 

Elmar

Gununsesi.info