Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

  • By Günel
  • 28 Noyabr 2024 19:25

Cəlilabadda minik avtomobili qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info