Sabirabadda baş vermiş qəza 3 nəfərin həyatına son qoyub - FOTOLAR

  • By Günel
  • 27 Noyabr 2024 09:15

Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA- ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.

Belə ki, “Toyota” markalı avtomobillə “Daewoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.