Gəncədə zəncirvari qəza olub, bir nəfər xəsarət alıb

  • By Günel
  • 28 Noyabr 2024 20:07

Gəncədə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində, Şəmkir avtovağzalının qarşısında qeydə alınıb. Hərəkətdə olan “Hyundai Elentra”, “Mercedes” və “VAZ 2107 ” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info