Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini pozub

  • By Günel
  • 29 Noyabr 2024 08:36

Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

“Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır”, – xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika İnteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla deyib.

O, bunun səbəbini açıqlamayıb.

Gununsesi.info