
Beyin mütəxəssisləri bir insanın psixopat olduğunu ortaya qoya biləcək incə bir xüsusiyyət aşkar etdilər. Bəs o xüsusiyyət nədir?
Gununsesi.info Türkiyə KİV- ə istinadən xəbər verir ki, tədqiqatçılar İngiltərədə 200-dən çox könüllü ilə göz izləmə təcrübələri aparıblar. Psixopatik meyilli olanlar daha incə detalları görməkdə çətinlik çəksələr də, böyük mənzərəni görməkdə güclü olduqları bilindi.
Kanberradakı Avstraliya Milli Universitetinin mütəxəssisləri üç psixopatik xüsusiyyəti nəzərdən keçiriblər: antisosial davranış, eqosentrizm (öz şəxsi fikirlərini daha əhəmiyyətli və etibarlı hesab edirlər red.) və apatiya.
Alimlər könüllülərdən çoxlu kiçik hərflərdən ibarət böyük hərflərə baxmağı xahiş edib və onlardan hansına ilk diqqət yetirdiklərini soruşublar. Nəticələr aşkar etdi ki, antisosial davranışa malik insanlar diqqətlərini cəmləməkdə çətinlik çəkirdilər. Onlar tez-tez əvvəlcə böyük hərflərə diqqət yetirirdilər, lakin incə detalları qaçırırdılar.
Antisosial insanlar məclisdə və ya sosial mühitdə diqqətlərini toplamaqda çətinlik çəkirlər.
Psixoloqlar Stephanie C. Goodhew və Mark Edwards bildiriblər ki, psixopatik şəxsiyyət xüsusiyyətlərinin eqosentrizm, apatiya, impulsivlik və antisosial davranış kimi bir çox ölçüləri var:
“Nəticələrimiz göstərir ki, daha yüksək səviyyədə impulsivlik və antisosial davranış nümayiş etdirən insanlar diqqətlərini tənzimləməkdə çətinlik çəkirlər”.
Əvvəlki psixologiya tədqiqatları aşkar etdi ki, ən böyük psixopatlar söhbət əsnasında başlarını çox hərəkətsiz saxlayırlar, böyük ehtimal şəxsiyyətləri haqqında ipuclarını gizlədirlər.
Digər tərəfdən, başqa bir araşdırma göstərir ki, daha çox ağrıya dözə bilən insanların psixopat olma ehtimalı daha yüksək olur.
Günel Həsənova