
Malayziyanın ən böyük biznes imperiyalarından birini yaratmaqla tanınan milyarder maqnat Ananda Krişnan, bu gün 86 yaşında vəfat edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları təsdiqləyiblər.
Onların sözlərinə görə, milyarder səhər saatlarında vəfat edib.
Bildiririk ki, milyarder Anandan telekommunikasiya, peyk, neft, daşınmaz əmlak və media sahələrini əhatə edən biznes imperiyasının sahib olub.
O, eyni zamanda Maxis Bhd, Astro Malaysia Holdings Bhd və Bumi Armada Bhd kimi böyük şirkətlərin sahibi olub.
Onu da vurğulayaq ki, Ananda və ailəsi zəngillik həyatından imtina edərək sadə həyat tərzi ilə tanınıb.
Yeganə oğlu Ajahn Siripanyo rahib kimi cəngəllikdə yaşamaq üçün 5 milyard dollarlıq mirasından imtina etmişdir.
Qeyd edək ki, Ananda bu yaxınlarda Malayziyanın altıncı ən zəngin adamı olaraq Forbesin hesabıtında yer almışdır.
Onun sərvəti 5,1 milyard dollar təşkil edir.
Şəbnəm