Bağ evində kabab bişirmək həvəsinə düşən gənc ehtiyatsızlıqdan qonşularının evlərini yandırıb.
Gununsesi.org REN TV-yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətində qeydə alınıb.
Vilayətin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın nəticəsində qonşuluqda yerləşən doqquz ev yararsız hala düşüb.
Odla ehtiyatsız davranan 29 yaşlı şəxs yeddi milyon rubl (təxminən 160 min manat) cərimə ödəməli olacaq.
Gununsesi.org
COMMENTS